» » » Elşad Miri: Həcc günah yuma maşınıdır?

Elşad Miri: Həcc günah yuma maşınıdır?

Elşad Miri: Həcc günah yuma maşınıdır?

“Heç bir halda haqq qazandırmaq olmaz”.

Quranı-Kərimdə Həcc ziyarətində naibin tutulması mövcud deyil. Dində deyilir ki, hər bir dini ayin həmin şəxsin özü tərəfindən icra olunmalıdır. Odur ki, dindarlar arasında da fikir mübahisəsinə səbəb olan bu məsələ ilə bağlı bir çoxları razılaşsa da, çoxları “hər qurban öz ayağından asılacaq” misalını əsas gətirərək Həccə naib tutulmasının düzgün olmadığını deyir.

ucarliyiq.biz xəbər verir ki, ilahiyyatçı Elşad Miri AzVision.az- a bildirib ki, İslamın müqəddəs kitabı olan Quranı-Kərimdə belə bir şey olmasa da dini məzhəblərdə Həcc ziyarətində naibin tutulması mövcuddur. 

O deyir ki, Peyğəmbər ömrü boyu həmin ərazidə yaşamasına baxmayaraq, həyatında bir dəfə Həcc ziyatətində olub:

“Qalan vaxtlarda istədiyi kimi Həcc edə bilərdi. Öz yerinə naib də göndərə bilərdi. Amma Peyğəmbərimiz heç vaxt belə bir şey etməyib. Onda hər kəs öz yerinə pulnan adam tutardı ki, onun əvəzinə bütün dini ayinləri yerinə yetirsin, namaz qılsın, zəkat versin, oruc tutsun və s. İslam varlıların dinidir? Bu anlayış nə qədər düzgündür? Heç bir halda haqq qazandırmaq olmaz”. 

E.Miri deyir ki, Peyğəmbərin hədislərində də var ki, həcc ziyarəti Ərafatla başlayır. Onun sözlərinə görə, İmam Hüseynin özü belə Kərbalaya gedərkən Ərafat günü Həcci yarımçıq qoyub gedir, amma öz yerinə naib tutmur. Ümumiyyətlə, İslamda öz ibadətini başqasına etdirmək anlayışı yoxdur”.

E.Miri deyir ki, bu gün bəzi məzhəblərin özlərinə haqq qazandıraraq dinin adına yazdığı bəzi əməllər kimi Həccin də hər hansı naibin yerinə yetirməsi düzgün deyil.