» » » Bakıda məktəbin ərazisində uçqun olub

Bakıda məktəbin ərazisində uçqun olub

Bakıda məktəbin ərazisində uçqun olub

Bakı şəhəri, Xətai rayonun 48 saylı orta məktəbin ərazisində istinad divarı uçub, ərazidə uçqun baş verib.

Ucarliyiq.biz xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, son günlər yağan yağışların nəticəsində 48 saylı orta məktəbin ərzisində idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub.

Onun sözlərinə görə, torpaq yuyulub, istinad divarı dayanıqlığını itirib, nəticədə uçqun baş verib.

R.Həsənov qeyd edib ki, uçqun 5 hektar ərazini əhatə edib: “İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib”. 


ucarliyiq.biz