» » » Azərbaycanda TV-də yaş məhdudiyyətinin tətbiq edilməsi təklif edilir

Azərbaycanda TV-də yaş məhdudiyyətinin tətbiq edilməsi təklif edilir

Azərbaycanda TV-də yaş məhdudiyyətinin tətbiq edilməsi təklif edilir

“Onların problemlərini həll etməyə çalışırıq”.

Ənənəvi olaraq Azərbaycan ailələrində çox uşaq olub, indi isə gənc valideynlər bir və ya iki uşaqla kifayətlənirlər. Ona görə də biz maksimum şəkildə gənc ailələrin problemlərini, o cümlədən də mənzil və ipoteka almaqla əlaqədar problemlərini həll etməyə çalışırıq.

ucarliyiq.biz Rosbalt-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin sədri Hicran Hüseynova Sankt-Peterburqda Avrasiya Qadınlar Forumunda bildirib.

“Rusiyanın iki və daha çox uşağı olan analara dəstək planında çox maraqlı və pozitiv bir təcrübə var. Məsələn, ana kapitalı. Təəssüf ki, bizim dövlət büdcəmizin əsas müddəası müdafiədir, bu aydındır, çünki ölkəmiz münaqişəyə cəlb olunub. Və biz oxşar vəziyyəti bütün Yaxın Şərq ölkələrində, hətta MDB ölkələri ərazisində görürük.

Misli görünməmiş münaqişələr baş verir, bu, əsl humanitar faciədir. Əgər Avropa ilk qaçqın axınından təlatümə gəlibsə, 20 ildən artıq bu vəziyyətdə olan Azərbaycanı təsəvvür edin. Və bütün bu problemlər fonunda biz sosial planda çox sayda problemləri həll edirik”, - o deyib.

Onun fikrincə, Azərbaycanda da Rusiyada olduğu kimi ailə ənənələri və klassik modeli cəmiyyətin əsasıdır.

“Biz sözsüz ki, hansısa müdafiə mexanizmləri hazırlamalıyıq. Mən Rusiyada son zamanlar çox maraqlı yeniliklərin olduğunu müşahidə edirəm. Məsələn, hansısa veriliş və ya film gedir – orada yaş məhdudiyyəti mövcuddur. Bunu çox pozitiv hesab edirəm, istərdim ki, bizdə də - Azərbaycanda da belə olsun”, - dövlət komitəsinin rəhbəri bildirib.