» » » Yağmurlu hava ciddi fəsadlar yaradıb, evlər və məktəb təhlükədə – VİDEO

Yağmurlu hava ciddi fəsadlar yaradıb, evlər və məktəb təhlükədə – VİDEO

Yağmurlu hava ciddi fəsadlar yaradıb, evlər və məktəb təhlükədə – VİDEO

Uçqun Abşeron və Xətai rayonlarında olub

Abşeron rayonu Masazır qəsəbəsində bir neçə ev təhlükədədir. Evlərin bir neçə metrliyində torpaq uçqunu olub.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, yağıntının təsirindən Masazırda Mirzə İbrahimov küçəsi boyunca dik yamacın aşağı hissəsində fərdi həyət evlərinin arxasındakı istinad divarları bir neçə yerdən uçub.

Uçqun nəticəsində elektrik dirəyi də qəzalı vəziyyətə düşüb. Yolun bir hissəsi isə çökməyə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyir ki, ərazidə təhlükə qalmaqda davam edir.

Bununla yanaşı Masazırda Qır gölü ətrafında sürüşmə sahəsində də aktivlik müşahidə edilir.

Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsi General Şıxlıniski küçəsində isə məktəbin idman meydançası çöküb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Rafiq Həsənovun sözlərinə görə, yağış nəticəsində torpaq yuyulub, istinad divarı dayanıqlığın itirib və uçub. Uçqun zamanı idman meydançasının kənarında 25 metr uzunluğunda, 4 metr hündürlüyündə istinad divarı uçub. 1 elektirik dirəyi sıradan çıxıb və məktəbin hasarına zərər dəyib. İstinad divarının uçması nəticəsində torpaq 2 metrə qədər irəli gəlib.

Torpaq uçqunu məktən binasına zərər vurmayıb. Məktəb 2014-cü ildə əsaslı təmir olunub.

.

ucarliyiq.biz