» » » Musiqi dərsində mahnı oxudu və cəzalandırıldı – VİDEO

Musiqi dərsində mahnı oxudu və cəzalandırıldı – VİDEO

Musiqi dərsində mahnı oxudu və cəzalandırıldı – VİDEO

Müəllim gündəliyə qeyd yazdı, valideynin və cəmiyyətin qınağı ilə üzləşdi.

Orta məktəblərin birində müəllim şagirdin gündəliyinə qəribə qeyd yazıb.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, şagird musiqi dərsində Üzeyir Mehdizadə kimi tanınan müğənninin mahnısını oxuduğu üçün şagirdi cəzalandırdığını bildirib. Valideyn sosial şəbəkələrdə gündəliyin şəklini paylaşandan sonra isə ciddi müzakirələrə səbəb olub.

Təhsil məsəsələri üzrə ekspert Əjdər Ağayev bildirir ki, müəllimlər gündəlik vasitəsi ilə valideynlərə öz fikirlərini çatdıra bilər. Lakin çalışmaq lazımdır ki, gündəlikdə şagirdləri ruhlandıran fikirlər yazılsın.

Əjdər Ağayev hesab edir ki, müəllimlər gündəliklə işləmə qaydalarını daha yaxından öyrənməlidir.

Ümumilikdə isə şagirdin musiqi dərsində tədris olunan vəsaiti kənara qoyaraq Üzeyir Mehdizadənin mahnısını oxuması musiqi zövqümüzlə bağlı narahatlıq doğurur. Bu bir siqnaldır. Zövqümüzün korlanması ilə bağlı bir siqnal…

.

ucarliyiq.biz