» » » Avtomobil idxalı ilə bağlı yeni qaydalar tətbiq ediləcək – VIDEO

Avtomobil idxalı ilə bağlı yeni qaydalar tətbiq ediləcək – VIDEO

Avtomobil idxalı ilə bağlı yeni qaydalar tətbiq ediləcək – VIDEO

Nazirlər Kabineti qərar qəbul edib.

Bundan sonra ölkəmizə avtomobillər yeni qaydalar əsasında idxal ediləcək. Bununla bağlı Nazirlər Kabineti müvafiq qaydanı təsdiq edib.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, məqsəd gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini sadələşdirməkdir.

Avtomobil idxalı “yaşıl dəhliz” prinsipinə əsaslanacaq. Nəqliyyat vasitələri ölkəyə gətirilməzdən bir müddət qabaq Dövlət Gömrük Komitəsinə qısa idxal bəyənnaməsi təqdim ediləcək.

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qısa idxal bəyannaməsinin tətbiqi ölkəyə avtomobil gətirən fiziki və hüquqi şəxslər üçün faydalı olacaq. Belə ki, idxal bəyənnaməsi daha əvvəl göndərildiyindən Dövlət Gömrük Komitəsinin əməkdaşları bəyannamənin təhlili və qeydiyyatını malın sərhəddən keçirilməsinə qədər həyata keçirəcəklər.

Elektron qaydada idxal bəyanaməsinin üstünlükləri bununla yekunlaşmır.

.

ucarliyiq.biz