» » » ETSN: Avtomobil yollarındakı sürüşmələr aktivləşib

ETSN: Avtomobil yollarındakı sürüşmələr aktivləşib

ETSN: Avtomobil yollarındakı sürüşmələr aktivləşib

Son günlər yağan yağışların təsirindən Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərindəki sürüşmə sahələri aktivləşib. 

Ucarliyiq.biz xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km, Bakı-Ağsu magistral yolunun 132-156-cı km, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-dəki sürüşmə sahələrində də aktivlik qeydə alınıb: “Lənkəran-Lerik yolu 47-ci kilometrliyində sürüşmə baş verib”.

Ekspedisiya rəisi bildirib ki, Siyəzəndə Sədan, Qobustanda Poladlı, İsmayıllıda İstisu və Gədəbəydə Hacılar (Əyridərə) sürüşmə sahələrində aktivlik müşahidə olunur.

Ə.Qaralov qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı subasmalarla bağlı monitorinqlər davam etdirilir.


ucarliyiq.biz