» » » Sürücü hansı halda cəriməni ödəməyə bilər?– VİDEO

Sürücü hansı halda cəriməni ödəməyə bilər?– VİDEO

Sürücü hansı halda cəriməni ödəməyə bilər?– VİDEO

Yol hərəkəti qaydalarını pozursan və haqqında protokol tərtib edilir. Həmin protokol sürücünün evinə göndərilir. Əgər sürücü evdə yoxdursa və onu tapmaq çətindirsə bu zaman yol polisi hərəkət zamanı sürücünü saxlayır və protokolu təqdim edir. Bu, qanunda belə nəzərdə tutulub.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, amma bəzi yol polisləri var ki, sürücüyə protokolu vermir, şifahi deyir. Belə olan halda sürücü nə etməlidir?

İnzibati xəta haqda protokolu evinə göndərməli idilər. Amma sürücünü mənzilində tapmadıqları üçün yolda hərəkət zamanı saxladılar. Yol polisi protokolu təqdim etmək əvəzinə şifafi dillə sürücüyə bildirib ki, cərimən var.

Belə halla qarşılaşan sürücülər çoxdur. Yol polisi cərimə və ya qayda pozuntusu haqda şifahi məlumat verir, qanunda nəzərdə tutulan protokol sənədini isə vermir. Sonra sistemə protokolu vermiş kimi qeyd edir. 10 gün sonra isə həmin maşın saxlanılaraq cərimə meydançasına aparılır.

Yol hərəkəti üzrə ekspert Tural Yusifov deyir ki, törədilən xətaya görə tərtib edilən sənəd sürücünün mənzilinə göndərilməlidir. Sürücü evində deyilsə və onu tapmaq çətindirsə bu zaman yol hərəkəti zamanı avtomobil saxlanılıb həmin sənəd ordaca təqdim edilməlidir.Bunun üçün yol polisi maşınlarında şəriat də var. Həmin avtomobillər  printerlərlə  təmin edilib.

Protokolu almadan, şifahi məlumatdan sonra cəriməsi sistemdə qüvvəyə minən, avtomobili cərimə meydançasına aparılan sürücülər bu vəziyyətdə neynəməlidir?

.

ucarliyiq.biz