» » » Tovuzda 800 müəllimin işdən çıxarılmasına rəsmi reaksiya

Tovuzda 800 müəllimin işdən çıxarılmasına rəsmi reaksiya

Tovuzda 800 müəllimin işdən çıxarılmasına rəsmi reaksiya

Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova rayonda 800-ə yaxın müəllimin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı yayılan məlumata münasibət bildirib.

Ucarliyiq.biz xəbər verir ki, V.Hüseynova “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən onlara məktub daxil olub: 

“Əvvəllər məktəb direktorları vakant olan yerlərə müqavilə əsasında işə götürə bilirdilər. Elə müəllim var idi ki, 2-ci, 3-cü iş yeri kimi 36 saata qədər dərs apara bilərdi. Yaxud imtahanda kəsilib, balı aşağı olan müəllimlərlə hansı məktəblərdə vakant yer var idisə müqavilə bağlayırdılar.

İndi isə bu məsələlərə Təhsil Nazirliyi tərəfindən nəzarət olunur. 6 saylı hesablaşma mərkəzinin rəhbəri və mən imza atandan sonra məktəb direktoru həmin müəllimlə müqavilə bağlaya bilər. Bunun üçün məktəbdə vakant yer olmalıdır. Əlavə yaranan vakant saata həvəsləndirmə olan yerlərdə minimum 30 bal, həvəsləndirməyə düşməyən məktəblərdə isə 40 bal olmaq şərtilə müqavilə bağlanıla bilər.

Biz kütləvi şəkildə müəllim çıxartmamışıq. Elə müəllim var ki, bal yığa bilmir, imtahandan kəsilir. Təhsil Nazirliyi tərəfindən də ora başqa müəllimlər göndərilir. Bunlar da başlayır şikayət etməyə ki, haqsızlıq olub, dərs saatları gizlədilir. Bilsəm ki, hansısa məktəb direktoru bunu edir, onu cəzalandırıram. Məndə 103 nəfər müəllimin siyahısı var. Bunun 33 nəfəri yüksək bal toplamış müəllimlərdir. 15 nəfər yeni vakansiya yarandı və bunu nazirliyə təqdim etdim. Hardasa 16-ya yaxın müəllim işdən çıxarılıb, qalan müəllimlər isə daimi iş yeri olan müəllimlərdir ki, bunlar da 2-ci, 3-cü iş yerində işləyirlər.

İndi biz nazirliyin 4 şərti ödənilməklə müqavilə əsasında müəllim götürə bilərik”.

Təhsil Şöbəsinin müdiri müqaviləni yenidən təzələmək üçün müəllimlərdən 5000 manat tələb edilməsi məsələsinə də münasibət bildirib:

“Rayonda kimsə deyə bilməz ki, belə məsələlər var. Bunlar hamısı böhtandır. Kim ki imtahandan kəsilir, yaxud az bal toplayır, şər-böhtan atmağa başlayır. Ümumi əmrlə qanunvericiliyə uyğun olaraq, kimlərsə işdən azad edilir. Mən hər şeyi nazirliklə razılaşdırıram”.

.
ucarliyiq.biz