» » » Suriyadakı azərbaycanlı azyaşlı: Ata, bura bomba atsalar... – VİDEO

Suriyadakı azərbaycanlı azyaşlı: Ata, bura bomba atsalar... – VİDEO

Suriyadakı azərbaycanlı azyaşlı: Ata, bura bomba atsalar... – VİDEO

“Ata, sənin üçün çox darıxıram. Səni qucaqlayıb, öpmək istəyirəm. Birdən bura bomba atsalar, səni bir də görə bilməyəcəm”.

Ucarliyiq.biz xəbər verir ki, bu ifadələr anası tərəfindən Suriyaya qaçırıldığı deyilən 5 yaşlı qızcığazın atasına göndərdiyi videodandır. Lalə Yusifovanın bu görüntüləri “WhatsApp” vasitəsilə atası, 39 yaşlı İlqar Yusifova Rakkadan göndərilib.

Ata iki qızından ən son xəbəri 3 ay öncə alıb.

Qeyd edək ki, bu məsələ ötən ildən medianın gündəminə gəlmişdi. İlqar Yusifov hələ o vaxt iddia edirdi ki, boşandıqdan bir neçə ay sonra Pərvanə Əhmədova 2 övladı - 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə ilə birlikdə yoxa çıxıb.

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi açıqlamasında atanın fikirlərini absurd adlandırsa da, Daxili İşlər Nazirliyi Pərvanə Yusifova ilə bağlı məsələni nəzarətinə götürdüyünü bildirmişdi.

Ucarliyiq.biz xezerxeber-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

.
ucarliyiq.biz