» » » Beyləqanda faciə: Yaşlı qadın yanaraq öldü

Beyləqanda faciə: Yaşlı qadın yanaraq öldü

Beyləqanda faciə: Yaşlı qadın yanaraq öldü

Beyləqan rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailənin yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.

Ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

.
ucarliyiq.biz