» » » Əməkdar artist beş qaydanı birdən pozdu, bölməyə çağırıldı – VİDEO

Əməkdar artist beş qaydanı birdən pozdu, bölməyə çağırıldı – VİDEO

Əməkdar artist beş qaydanı birdən pozdu, bölməyə çağırıldı – VİDEO

Əməkdar artist idarə etdiyi avtomobil ilə eyni anda beş qaydanı kobud şəkildə pozub. Söhbət skripkaçı Səlim Abbasovdan gedir. Özünün lentə aldığı kadrlardan da göründüyü kimi, Səlim qanunla qadağan olduğu halda, iki yaşlı uşağı avtomobilin ön oturacağında əyləşdirib. Halbuki, bu yaşda uşaqlar avtomobilin arxa oturacağında uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqlarda əyləşdirilməlidir. Bundan əlavə, Səlim təhlükəsizlik kəmərindən istifadə etmir. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparır. Əməkdar artist çəkdiyi videonu özü sosial şəbəkələrdə yayıb.

Belə aydın olur ki, əməkdar artist bir videoda beş qayda pozuntusuna yol verib. Bunlar, sərnişindaşıma qaydalarının pozulması, təhlükəsizlik kəmərindən istifadə etməmək, mobil telefonu əldə tutmaqla ondan istifadə etmək, hərəkət zamanı əlini sükandan çəkmək və sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulmaqdır.

Ucarliyiq.biz məlumat verir ki, sənətçi bununla bağlı “Xəzər Xəbər”ə bildirib ki, görüntülər bir neçə ay əvvəl yaşadığı “NZS” qəsəbəsində ara küçələrdən birində çəkilib. 

“'Həmin vaxt bacım oğlu ilə avtoyuma məntəqəsindən gəlirdik. Mən heç vaxt uşağın həyatını təhlükəyə atıb hərəkətin intensiv olduğu yola çıxmaram” - Səlim Abbasov deyib.

Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib. Görüntünü izləyən idarənin bölmə rəisi sənətçinin qayda pozduğunu qeyd edib.

Vaqif Əsədov əlavə edib ki, Səlim Abbasovun idarəyə gəlməsi ilə bağlı ona məlumat göndərilib.


ucarliyiq.biz