» » » Azərbaycanda MTN-nin generalı dünyasını dəyişdi

Azərbaycanda MTN-nin generalı dünyasını dəyişdi

Azərbaycanda MTN-nin generalı dünyasını dəyişdi

Yusifzadə mərhum prezident Heydər Əliyevlə yaxın dost olub.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə vəfat edib.

ucarliyiq.biz Qafqazinfo-ya istinadən xəbər verir ki, Ziya Yusifzadə gecə saatlarında evində dünyasını dəyişib. 

Hazırda generalla vida mərasiminin keçirilməsi üçün Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində hazırlıq görülür.

Qeyd edək ki, Ziya Yusifzadə 1929-cu il fevralın 15-də Şəki səhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsili 1946-cı ildə Zaqatala şəhərində qızıl medalla başa vurmuşdur. 1947-1952-ci illərdə ali təhsil aldığı I Moskva Dövlət Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə fərqləmə diplomu ilə bitirib.

1952-1956-cı illərdə respublika Maarif Nazirliyində və Nazirlər Sovetində məsul vəzifələrdə çalışıb.

1956-cı ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində həqiqi hərbi xidmətə qəbul olunub. 14 il müddətində pillə-pillə irəliləyərək əməliyyat müvəkkilindən bölmə və şöbə rəisliyinə qalxıb. 1970-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1973-cü ildə komitə sədrinin müavini, 1976-cı ildə isə sədrin I müavini vəzifələrinə irəli çəkilmişdir. 1980-1988-ci illərdə respublika DTK-nın sədri olmuşdur.

1977-ci ildə general-mayor, 1984-cü ildə isə general-leytenant hərbi rütbəsi almışdır.

1988-1992-ci illərdə respublika Nazirlər Soveti və Nazirlər Kabinetində millətlərarası münasibətlər şöbəsinə rəhbərlik edib.

1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılandan bu xüsusi ali məktəbin rəisidir.

Sovet dövründə Bakı Sovetinin və Azərbaycan SSR Ali Sovetinin bir neçə çağırış deputatı seçilmişdir. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur. SSRİ DTK-nın və Azərbaycan Respublikası Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı adlarını almışdır. Keçmiş SSRİ-nin və xarici dövlətlərin 40-dan artıq orden-medalına, müstəqil dövlətimizin “Azərbaycan bayrağı” və “Şöhrət” ordenlərinə layiq görülüb.

Xatırladaq ki, Ziya Yusifzadə mərhum prezident Heydər Əliyevlə yaxın dost olub.

Allah rəhmət eləsin!

Azərbaycanda MTN-nin generalı dünyasını dəyişdi

Azərbaycanda MTN-nin generalı dünyasını dəyişdi

Azərbaycanda MTN-nin generalı dünyasını dəyişdi

Azərbaycanda MTN-nin generalı dünyasını dəyişdi

Azərbaycanda MTN-nin generalı dünyasını dəyişdi