» » » Hərbi qulluqçuların ailə üzvlərinə verilən pensiyalar artırılacaq

Hərbi qulluqçuların ailə üzvlərinə verilən pensiyalar artırılacaq

Hərbi qulluqçuların ailə üzvlərinə verilən pensiyalar artırılacaq

İslahatlar həyata keçirilir.

Azərbaycanda pensiya islahatları ilə vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə verilən əlavənin cəmi məbləğinin minimum həddinin 80%-ə qaldırılması imkanları müzakirə olunur.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. 

“Qüvvədə olan qanunvericilyə görə, həmin rəqəm ayrı-ayrı kateqoriyalara aid hərbi qulluqçular üzrə 35-50% olaraq müəyyən edilib” - deyə, sədr qeyd edib. 

Qeyd edilən islahat tədbirinin vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin pensiya təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini söyləyən Fond sədri pensiya islahatlarının bütövlükdə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.