» » » Azərbaycanda telefonla internetə daxil olanların balansı oğurlanır – VİDEO

Azərbaycanda telefonla internetə daxil olanların balansı oğurlanır – VİDEO

Azərbaycanda telefonla internetə daxil olanların balansı oğurlanır – VİDEO

Bunun qarşısını hər hansı tətbiq vasitəsi ilə almaq mümkün deyil.

Son dövrlər mobil telefon istifadəçilərinin balansından hara getdiyi məlum olmayan pullar çıxılır. Həm də bu, tez-tez baş verir. Xüsusən də mobil telefon istifadəçiləri internetdən istifadə edən zaman avtomotik olaraq müxtəlif saytlar açılır ki, bu zaman istifadəçi saytı bağlasa belə, onun balansı azalmağa başlayır. Müştərilər heç bir xidmətdən istifadə etmək istəməsələr belə, onların nömrələri hər hansı xidmətə yazılır, gündəlik və ya saatlıq olaraq onların balansından müəyyən məbləğ çıxılır. Son zamanlar bu tez-tez müşahidə edilir.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislər bildirir ki, müştərinin balansından icazəsi olmadan hər hansı məbləğin çıxılması və onun istəmədiyi halda hər hansı sistemə qoşulması operatorların nəzarətində olan haldır. Bunun qarşısını hər hansı tətbiq vasitəsi ilə almaq isə mümkün deyil. Hüquqşünaslar da bu halın qanunazidd olduğunu bildirir.

Bu halla qarşılaşanlar isə dəymiş ziyanın ödənilməsi və bunu edənlərin cəzalandırılması üçün bu barədə dövlət qrumlarına məlumat verməlidirlər.

.

ucarliyiq.biz