» » » Azərbaycanlı Rusiyaya 500 alışqan aparmaq istədi

Azərbaycanlı Rusiyaya 500 alışqan aparmaq istədi

Azərbaycanlı Rusiyaya 500 alışqan aparmaq istədi

Onu Gömrükdə saxlayıblar.

Azərbaycan vətəndaşı Rusiya ərazisinə dövlət sərhəddindən qanunsuz olaraq alışqan partiyası keçirməyə cəhd edib.

ucarliyiq.biz “AiF Daqestan”a istinadən xəbər verir ki, bu barədə respublika Gömrük nümayəndəsi bildirib.

“Gömrük orqanı tərəfindən deklarasiya edilməmiş mal Azərbaycandan Rusiyaya gedən kişinin əl baqajını yoxlayarkən aşkar edilib. Müsadirə edilən alışqanların sayı 500 ədəd olub”, - idarədə bildiriblər.

Alışqanlar ekspertizaya göndərilib. Cari fakt üzrə administrativ iş açılıb.

Agentliyin həmsöhbətinin fikrincə, istintaq və aparılan ekspertizanın nəticələrinə görə alışqanların kontrafakt olması müəyyənləşdiriləcək.