» » » Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bölgələrində oktyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ucarliyiq.biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

N.O.

ucarliyiq.biz