» » » Ər övladlarının gözü qarşısında arvadının başını kəsib – TƏFƏRRÜATLAR + VIDEO

Ər övladlarının gözü qarşısında arvadının başını kəsib – TƏFƏRRÜATLAR + VIDEO

Ər övladlarının gözü qarşısında arvadının başını kəsib – TƏFƏRRÜATLAR + VIDEO

Zərdabın Yarməmmədbağı kəndində qanlı hadisə baş verib. Övladlarının gözü qarşısında arvadının başını kəsib.

Ucarliyiq.biz ARB TV-yə istinadən xəbər verir ki, 33 yaşlı Aqşin Astanov həyat yoldaşı, 23 yaşlı Rüxsanə Astanovanın başını kəsərək öldürüb.

Mərhumun qohumlarının sözlərinə görə, rayon ərazisində şəxsi təsərrüfatların birində çobanlıq edən Aqşin Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb. Ehtiyac içərisində olan ailəyə qonşular kömək edib. Bunu eşidən Aqşin Astanov gecə saatlarında evə gələrək 3 azyaşlı övladının gözu önündə həyat yoldaşına balta ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb.

Mərhumun qohumu Sahib Məcnunov: “Kənd camaatı dedi ki, başını kəsəndən sonra əlində fırladırmış. Camaat görüb ki, əlində baş var. Uşaqlarda qorxudan harasa qaçıblar. Sonra gəlib tutublar”.

Mərhumun anası Gülnarə Məcnunova: “Başı çatmır, dəlidir. Mən nə bilim axı? Dəli olduğunu bilsəydim, ona qız verməzdim”.

Mərhumun babası Qulu Məcnunov: “Polisə xəbər verib ki, ərim məni tullayıb bura, özü də filan yerdədir. Xəbər veriblər ərinə, deyiblər ki, qız səndən şikayət edib, səni tutacaqlar. O da gəlib, baltanı götürüb”.

Qeyd edək ki, Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var. Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

.

ucarliyiq.biz