» » » Sabah metro saat birə qədər işləyəcək

Sabah metro saat birə qədər işləyəcək

Sabah metro saat birə qədər işləyəcək

“Orada sıxlıq olacaq”.

Sabah Bakı Metropoliteni gecə saat birə qədər işləyəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ucarliyiq.biz-ə bildirib ki, “Qarabağ” futbol komandasının sabah “Anderlext” klubu ilə keçirəcəyi oyun gecə saat 12-də bitəcəyi üçün klub metronun bağlanış saatının artırılması ilə bağlı Bakı Metropoliteninə müraciət edib.

“Bunu nəzərə alaraq metronun saat 1-ə qədər işləməsinə qərar verilib”.

N.Paşayev oyundan sonra “Gənclik” metrostansiyasında baş verə biləcək sıxlıqla əlaqədar futbolsevərlərə müraciət edərək xahiş edib ki, onlar yaxın olan “28 May” və “ Nəriman Nərimanov” stansiyalarından da istifadə etsinlər.

““Gənclik” metrostansiyası Tofiq Bəhramov adına stadiona yaxın olduğu üçün orada sıxlıq olacaq. Ona görə də təhlükəsizlik tədbirləri ilə əlaqədar biz sərnişinləri metroya hissə-hissə buraxacağıq”.