» » » Almaniyada azərbaycanlının qızları əlindən alındı

Almaniyada azərbaycanlının qızları əlindən alındı

Almaniyada azərbaycanlının qızları əlindən alındı

Almaniyanın Keln şəhərində azərbaycanlı Davud Əliyevin iki doğma qızını əlindən alıblar.

Ucarliyiq.biz bu barədə haqqin.az-a istinadən xəbər verir. 

Üç il bundan öncə gənclərlə iş üzrə yerli təşkilatın təşəbbüsü ilə 10 yaşlı Armanda və 8 yaşlı Tamillan atalarından alınaraq həmin strukturun düşərgəsinə yerləşdirilib. 

40 yaşı Davud Əliyev mühacirlər düşərgəsində mühafizəçi işləyir. Arvadı ilə ayrılmaq qərarına gəldikdən sonra qızlar anaları ilə yaşayırdılar. 

“Qızlarımı qaytarmaq üçün məhkəməyə müraciət etdim və məhkəmə prosesində uddum, - Əliyevin sözlərini “Anadolu” agentliyi sitat gətirib. – Bütün bəlalar da məhz bundan sonra başladı”. 

Qızlara baxmaq üçün Davuda anası yardım edirdi. Ailə Vyanaya istirahətə getdiyi üçün Armanda və Tamillan bir neçə günlük dərslərə getməyiblər. Sabiq həyat yoldaşı bundan şikayət etmək üçün səbəb kimi istifadə edib. 

“Gənclərlə iş üzrə təşkilatın nümayəndələri məktəbə bir neçə gün getməməyi və uydurulmuş ittihamlardan istifadə edərək qızları məndən aldılar, - Davud Əliyev deyib. – Həmin an biz haqlarımızı bilmirdik. Üç ildir məhkəmələri gəzirəm və yalnız bu yaxınlarda mənə qızlarımı görməyə icazə veriblər”.

O, qızları ilə ayda iki dəfə görüşə bilər. Görüşlərin birində qızlarının xaç vurduqlarını görüb, bununla bağlı sual verdikdə isə düşərgədə onlara xristianlığın təbliğ edildiyini öyrənərək şok olub. 

“Onları kilsəyə aparırlar. Onlar İsaya inandıqlarını deyirlər”, - Davud Əliyev deyib. 

Qızların nənəsi Tamara Əliyeva nəvələri ilə ünsiyyət qurmaqda çətinlik çəkdiyini deyib, çünki qızlar nə Azərbaycan, nə də türk dilində danışa bilirlər, qadın isə alman dilini bilmir. 

“Biz gənclər təşkilatının nümayənədlərinə qızların müsəlman olduğunu dedik, eləcə də onlara doğma Azərbaycan və ya türk dilinin öyrətmələrini xahiş etdik, - Tamara Əliyeva deyib. – Amma onlar nəvələrimə yalnız ingilis və alman dilini öyrədirlər mən artıq onlarla ünsiyyət qura bilmirəm. Bundan başqa onlara batsitliyi (protestant xristianlığın bir qoludur) təbliğ edirlər, bu bizi çox kədərləndirir. Bizə yardım edin. Bunun öhdəsindən gəlməyə gücümüz yetmir”.

“Qızlarım görüşlər zamanı məndən onları nə zaman evə aparacağımı soruşurlar, amma onlara nə cavab verəcəyimi bilmirəm...”, - Armanda və Tamillanın atası deyib.

Türk KİV-i qeyd edir ki, hər gün Almaniyada 250 uşaq yoxa çıxır, 50 min uşaq hami ailələrdə yaşayır. Bununla yanaşı, 5 min türk uşaq ailəsindən alınıb, belə ki, alman qanunları yetkinlik yaşına çatmayan uşaqların ailədən alınmasına imkan verir. 

N.O.
ucarliyiq.biz