» » » Azərbaycandan Gürcüstana külli miqdarda xarici valyuta keçirmək istəyiblər

Azərbaycandan Gürcüstana külli miqdarda xarici valyuta keçirmək istəyiblər

Azərbaycandan Gürcüstana külli miqdarda xarici valyuta keçirmək istəyiblər

Azərbaycan sərhədçiləri gizli yolla külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Sərhəd Xidməti tərəfindən “Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən ölkə vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, 90-CH-370 nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219600 rus rublu (təxminən 82,5 min AZN) aşkarlanaraq saxlanılıb.

Əməliyyat-İstintaq tədbirləri davam etdirilir.

.

ucarliyiq.biz