» » » Neftçala sakini soyuq günlərdə Kür çayında çimir – FOTO

Neftçala sakini soyuq günlərdə Kür çayında çimir – FOTO

Neftçala sakini soyuq günlərdə Kür çayında çimir – FOTO

Neftçala rayon sakini Hüseyn Hüseynovun bu soyuq günlərdə hər səhər Kür çayında çimməsi artıq adət halını alıb. Maraqlısı odur ki, H.Hüseynov isti yay günlərində çayda çimməyə həvəs göstərmir. Onun sözlərinə görə, yayda suyun temperaturunun isti olması səhhətində problemlər yaradır.

Ucarliyiq.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Neftçala sakini soyuq suda Kür çayının bir tərəfindən digər tərəfinə üzərək keçməsi ilə də görənləri təəccübləndirir.

Kür çayının Neftçala rayonu ilə Bankə qəsəbəsi arasındakı 400 metr uzunluğu, 20 metrdən çox dərinliyi olan bu məsafəni istənilən hava şəraitində üzərək keçmək onun üçün heç də çətin deyil.

Otuz səkkiz yaşı olan Hüseyn Hüseynov peşəkarlığı sayəsində indiyədək müxtəlif su hövzələrində boğulmaq təhlükəsi olan 8 nəfərin həyatını da xilas edib.

Neftçala sakini soyuq günlərdə Kür çayında çimir – FOTO

Neftçala sakini soyuq günlərdə Kür çayında çimir – FOTO

Neftçala sakini soyuq günlərdə Kür çayında çimir – FOTO

.

ucarliyiq.biz