» » » Yol polisi iki günə 5700 sürücünü cərimələdi

Yol polisi iki günə 5700 sürücünü cərimələdi

Yol polisi iki günə 5700 sürücünü cərimələdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən 2 gün ərzində inzibati xəta törədən 5700 sürücünü cərimələyib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Report-a idarədən məlumat verilib.

Bildirilib ki, oktyabrın 23-ü və 24-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 58-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2712 sürücü barəsində elektron protokol (MMX) tərtib edilib.

Qeyd edək ki, ötən 2 gün ərzində ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

.
ucarliyiq.biz