» » » Əksər sürücülərin tez-tez pozduğu qayda – VİDEO

Əksər sürücülərin tez-tez pozduğu qayda – VİDEO

Əksər sürücülərin tez-tez pozduğu qayda – VİDEO

Yəqin müşahidə etmisiniz əksər sürücülər işiqforun qadağanedici siqnalı işə düşəndə işıqforun qarşısındaki stop xətti kəsib keçirlər. Düşünürlər ki, maşını məhz işıqfor dirəyinin yaxınlığında saxlamaq lazımdır. Təbii ki, bu da doğru yanaşma deyil. Yollardakı kameralar hazırda daha da müasirləşdirildiyindən, bu qaydanın pozanlar kameralar tərəfindən lentə alınır.

Biri işıqforun qarşısındakı stop xətti qismən, digəri isə tamamilə keçir.

Ucarliyiq.biz xezerxeber.com-a istinadən bildirir ki, Bakıda əksər sürücülər bu qaydanı tez-tez pozur. 

Ancaq işıqforun qırmızı işığında dayanarkən “stop” xəttini keçənlərə 40 manat cərimə düşür. Yollarda quraşdırılmış kameralar bir müddətdir bu qaydanı pozanları da qeydə alır. Videonəzarət qurğuları daha da müasirləşdirildiyindən belə sürücülər də bağışlanmır.

Müşahidələr göstərir ki, bu qayda pozuntusuna yol verən sürücülər kameraların onları lentə aldığından məlumatsızdırlar.

Göründüyü kimi bəzi sürücülər ərazidə sırf kameraların olmasına görə davranırlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məhz belə sürücülərə ismarıc göndərib.

N.O.