» » » Bakının qaz təchizatı məhdudlaşdırıldı

Bakının qaz təchizatı məhdudlaşdırıldı

Bakının qaz təchizatı məhdudlaşdırıldı

Bu gün Bakı şəhəri, Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən Ucarliyiq.biz-a verilən məlumata görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti, Atletlər kəndi ilə Media şəhərciyinin yaxınlığında diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək Heydər Əliyev, Nəriman Nərimanov, Aşıq Molla Cümə, Əhməd Rəcəbli, Təbriz Həsənoğlu, Qarabağ, Ceyhun Hacıbəyli küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

.

ucarliyiq.biz