» » » Oktyabrın ilk günü 32 dərəcə isti olacaq

Oktyabrın ilk günü 32 dərəcə isti olacaq

Oktyabrın ilk günü 32 dərəcə isti olacaq

Bakıda cənub-şərq küləyi əsəcək.

Oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gündüz cənub-şərq küləyi əsəcək.

ucarliyiq.biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 27-31, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.