» » » Bakıda tekila festivalı keçiriləcək

Bakıda tekila festivalı keçiriləcək

Bakıda tekila festivalı keçiriləcək

Festivalda tekilanın müxtəlif növləri nümayiş olunacaq.

Bakıda tekila festivalının keçirilməsi nəzərdə tutulur.

ucarliyiq.biz bildirir ki, bu barədə Report-a Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini bildirib.

Onun sözlərinə görə, festival oktyabrın sonlarına planlaşdırılır. Festivalda tekilanın müxtəlif növləri nümayiş olunacaq, həmçinin bu içki  növü üzrə Meksikadan dəvət olunacaq ekspert tekilanın sortları və istehsal prosesi barədə məlumat verəcək.

Bundan əlavə, Bakıda Meksika filmlərinə baxışın təşkil edilməsi, eləcə də fotosərginin təşkili də nəzərdə tutulur.