» » » Goranboyda çay daşdı, evlərə ziyan dəydi – VİDEO

Goranboyda çay daşdı, evlərə ziyan dəydi – VİDEO

Goranboyda çay daşdı, evlərə ziyan dəydi – VİDEO

Güclü yağışlar Goranboy rayonunda fəsadlara yol açıb.

Ucarliyiq.biz ARB Kəpəz TV-yə istinadən xəbər verir ki, Qaraçay və Goran çayının məcrasından çıxması daşqına səbəb olub.

Nəticədə ona yaxın yaşayış məntəqəsini su basıb. Evlərin həyətyanı sahələri ilə yanaşı, kənd təsərrüfatına da ziyan dəyib, ev quşları tələf olub. Fəsadların aradan qaldırılması üçün əraziyə texnikalar cəlb edilib. Adıçəkilən çaylardakı sel suları nəzarət altına alınıb.

Rayon Fövqaladə Hallar Komissiyası sel sularından zərər görən yaşayış məntəqələrinə dəyən ziyanın miqyasını araşdırır.

.

ucarliyiq.biz