» » » FEMEN Bakıda etiraz aksiyası barədə xəbəri şərh edib – FOTO

FEMEN Bakıda etiraz aksiyası barədə xəbəri şərh edib – FOTO

FEMEN Bakıda etiraz aksiyası barədə xəbəri şərh edib – FOTO

Oktyabrın 25-də sosial şəbəkələrdə FEMEN hərəkatı fəallarının Bakıda etiraz aksiyası keçirəcəyinə dair xəbər və şəkillər yayılıb.  

Ucarliyiq.biz xəbər verir ki, 1news.az populyar hərəkatın Ukrayna qolunun nümayəndəsi Anna Qutsol ilə əlaqə qura bilib. 

O bildirib ki, ukraynalı “femenlərin” Bakıya gəlmə planları haqqında heç nə məlum deyil.

“Femen hərəkatdır, biz sərt ierarxiyası olan təşkilat deyilik. Hansısa qadın Bakıda aksiya keçirmək istəyirsə, biz bunun əksinə deyilik, amma bu barədə xəbərsiz də ola bilərik. Biz qadınlara mübarizə üsulu veririk, onlar mövzu və yer seçimində azaddırlar”, - Anna “Skype” vasitəsilə bildirib. 

FEMEN hərəkatının Ukrayna qolu əsas və ən iri qoldur. Amma Fransa, Böyük Britaniya, Almaniyada da bu hərəkat mövcuddur. Onların nümayəndələrindən hələlik cavab alınmayıb. 

FEMEN Bakıda etiraz aksiyası barədə xəbəri şərh edib – FOTO

N.O.

ucarliyiq.biz