» » » 140 polis işdən çıxarılır

140 polis işdən çıxarılır

140 polis işdən çıxarılır

DİN-də ixtisar.

Daxili İşlər Nazirliyi Çevik Polis Alayında kütləvi ixtisarlara başlayıb.

ucarliyiq.biz xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, ÇPA-dan 140 nəfərin işdən azad olunacağına dair əməkdaşlara xəbərdarlıq edilib.

Qərar onların fiziki göstəricilərinin DİN orqanları əməkdaşlarına uyğun olmaması ilə əsaslandırılıb.

Alay Komandirinin Şəxsi Heyət üzrə müavini, polis polkovniki Rəcəb Rəcəbov ÇPA əməkdaşlarına 4 gün möhlət verib.

Məlumatda qeyd olunur ki, ixtisarlara səbəb polis əməkdaşlarının boylarının standartlara uyğun olmaması göstərilir.

Bundan başqa bir neçə il öncə pensiya yaşına çatan və hər hansı səbəbdən xidmətdə vəzifəsinə davam edən bir çox polis əməkdaşı da təqaüdə göndərilib.