» » » Həyat səviyyəsinə görə dünya ölkələrinin – REYTİNQİ

Həyat səviyyəsinə görə dünya ölkələrinin – REYTİNQİ

Həyat səviyyəsinə görə dünya ölkələrinin – REYTİNQİ

Amerikanın “Social Progress İmperative” təşkilatı dünya ölkələrində həyat səviyyəsini göstərən yeni reytinq siyahısı tərtib edib.

Ucarliyiq.biz xəbər verir ki, Modern.az-ın təşkilatın saytına istinadən verdiyi məlumata görə, “Social Progress İndex 2016”-ya əsasən, Azərbaycan həyat səviyyəsinə görə 77-ci pillədədir. 

Azərbaycan təhsil, səhiyyə, insan haqları, tolerantlıq və s. kriteriyalar üzrə ümumilikdə 63,75 bal toplayıb.

Qonşu dövlətlərdən Türkiyə 58-ci (67,82 bal), Rusiya 75-ci (64,19 bal), Gürcüstan 54-cü (69,17 bal) və İran 93-cü (59,45 bal) yerdə qərarlaşıb.

Sosial inkişaf göstəricilərinə görə reytinqə Finlandiya (90 bal), Kanada (89,49 bal) və Danimarka (89,39 bal) başçılıq edir.

N.O.