» » » Sürücülərin cərimələnməsinə yeni səbəb: Yolda səhv nişanlanma – VİDEO

Sürücülərin cərimələnməsinə yeni səbəb: Yolda səhv nişanlanma – VİDEO

Sürücülərin cərimələnməsinə yeni səbəb: Yolda səhv nişanlanma – VİDEO

Paytaxt sakini Vaqif Bənnayev 28 May küçəsində sağ zolaqla hərəkət edib. Yalnız işıqforun yanında, asfaltın üzərində sağadönmə nişanı olduğunu görüb. Başqa zolağa keçə bilmədiyi üçün də düzünə hərəkət edib və 40 manat məbləğində cərimələnib.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, Vaqif Bənnayev protokolun əsassız olduğunu iddia edir.

Bu səbəbdən də Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov də bildirir ki, həmin hissədə nişanlanma düzgün həyata keçirilməyib.

Ekspert deyir ki, asfalt örtüyünə çəkilən nişandan əlavə, bütün sürücülərin görə biləcəyi yerə də zolaqların istiqamətini bildirən nişan qoyulmalıdır. Həmin ərazidə də yol hərəkətinin təşkilində qüsur olduğu üçün tərtib olunan protokol əsassızdır.

Bu məsələ ilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən Vaqif Bənnayevə bildirilib ki, iradında haqlıdır və ona əlavə cavab veriləcək.

.

ucarliyiq.biz