» » » Nazirlik: İmkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilər

Nazirlik: İmkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilər

Nazirlik: İmkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilər

Azərbaycanda potensialı, imkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilərlər.

Ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Bələdiyyə müəssisələrinin yaradılması imkanının Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğunu deyən zizov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” əsasında bələdiyyələrə tibb müəssisəsi yaratmaq imkanı verilib:

“Potensialı, infrastrukturu olan bələdiyyələr tibb müəssisələri yarada bilər. Bu gün onlar üçün bu məsələ ilə bağlı hər hansı maneə yoxdur. Nazirlər Kabineti tərəfindən “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib. Bələdiyyələr artıq həmin nizamnaməni əsas götürərək bələdiyyə tibb müəssisəsi yarada biləcəklər”.

Nazirlik rəsmisi əlavə edib ki, artıq bələdiyyələrin özləri öz imkanları daxilində hansı xidmətləri pullu, hansı xidmətləri isə pulsuz göstərə biləcəklərini müəyyən etməlidirlər: 

“Bələdiyyə həm pullu, həm də pulsuz xidmətlər göstərə bilər. Bələdiyyə artıq özü müəyyən etməlidir ki, kimlərə, hansı sahələr üzrə xidmətləri pullu, kimlərə pulsuz göstərəcəklər. Əgər bələdiyyənin müəyyən yığımları olacaqsa, ərazisində yaşayan və sosial ehtiyacı olan təbəqələrə tibbi xidmətləri pulsuz göstərə biləcəklər”.

Qeyd edək ki, hazırda Azərbaycanda mülkiyyət növünə görə dövlət və özəl tibb müəssisələri fəaliyyət göstərir.

.
ucarliyiq.biz