» » » Çağırışçılar üçün SMS xidməti aktivləşdi

Çağırışçılar üçün SMS xidməti aktivləşdi

Çağırışçılar üçün SMS xidməti aktivləşdi

Onlar hansı hərbi hissədə xidmət keçəcəklərini öncədən biləcəklər.

Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi elektron xidməti bu gündən etibarən aktivləşib.

ucarliyiq.biz xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçılar sentyabrın 30-dan etibarən təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsiyyət vəsiqələrinin seriya nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə öyrənə bilərlər.

Eyni zamanda çağırışçılar təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatları daxil etməklə SHXÇDX-nin www.seferberlik.gov.az rəsmi internet saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən də əldə edə bilərlər.

Xidmətdən həmçinin bildirilib ki, ötən çağırışda - bu elektron xidmətə 400 mindən çox müraciət daxil olub.