» » » Bakıda klinikada 10 yaşlı uşaq öldü – FOTO

Bakıda klinikada 10 yaşlı uşaq öldü – FOTO

Bakıda klinikada 10 yaşlı uşaq öldü – FOTO

“Onu ürək tərəfindən yarıblar, əhəmiyyət verilməyən bir əməliyyat aparıblar”.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 10 yaşlı oğlan dünyasını dəyişib.

ucarliyiq.biz-a daxil olan məlumata görə, 23.09.2015-ci il tarixində ATU-nun Tədris Cərrahiyyə Klinikasına 29.07.2005-ci il təvəllüdlü Mahmudov Namiq Azad oğlu “Diaqfraqma yırtığı, diafraqmanın relaksasiyası, eksikoz II dərəcəli” diaqnozu ilə qəbul edilib. 

Xəstə müayinə və müalicə məqsədilə stasionara yatızdırılıb. Uşağın ümumi halsız olduğunu nəzərə alaraq konservativ müalicəyə başlanılıb. Lakin uşağın vəziyyəti ani olaraq kəskin pisləşdiyindən, reanimasion tədbirlərə başlanılıb. 

Əvvəlcə ürəyin qapalı masajı aparılıb. Bu, effektiv olmadığından açıq masaj icra edilib. Aparılan tədbirlərə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. 

Mahmudovun yaxınları uşağın ölümündə həkimləri günahlandırırlar. 

“O, dərhal əməliyyat olunmalı idi. Amma uşağa baxan cərrah-həkim Ramiz Poluxov əməliyyatdan yenicə çıxmışdı, yorğunluğu və bayramqabağı (Qurban bayramı 24 - 25 sentyabr) gedəsi yeri olmasını əsas gətirərək uşağı əməliyyat etməyib, növbəti günə saxlayıb. Uşağın vəziyyəti tam pisləşəndən sonra reanimasiya otağına aparılıb, orda da dünyasını dəyişib. Daha sonra uşağın ürəyinə birbaşa masaj adı ilə onu ürək tərəfindən yarıblar, əhəmiyyət verilməyən bir əməliyyat aparıblar”.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildiriblər ki, ölüm halının səbəbini aydınlaşdırmaq məqsədilə faktla əlaqədar komissiya yaradılaraq araşdırmaya başlanılıb. 

Araşdırmanın nəticələri barədə mətbuata əlavə açıqlama veriləcək.

Bakıda klinikada 10 yaşlı uşaq öldü – FOTO

Bakıda klinikada 10 yaşlı uşaq öldü – FOTO

Elvin Əhmədov