» » » Azərbaycanda vətəndaşlıqdan çıxarma prezidentin səlahiyyətinə verildi

Azərbaycanda vətəndaşlıqdan çıxarma prezidentin səlahiyyətinə verildi

Azərbaycanda vətəndaşlıqdan çıxarma prezidentin səlahiyyətinə verildi

Milli Məclis qanun layihəsini qəbul etdi.

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, iclasda bildirilib ki, Prezident tərəfindən təqdim olunan layihəyə əsasən Azərbaycan Respublikası vətəndaşlığına bərpa və vətəndaşlığında çıxma qaydaları dəyişdirilir.

Əlavə və dəyişikliklər layihəsinə əsasən, qanunun 15-ci (Azərbaycan Respublikasının vətəndaşlığına bərpa) və 17-ci (Azərbaycan Respublikasının vətəndaşlığından çıxma) maddələrinə belə bir bənd əlavə edilir:

“Azərbaycan Respublikasının vətəndaşlığına bərpa və yaxud vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur”.

Xatırladaq ki, Konstitusiyanın 109-cu maddəsi “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri” adlanır və burada 20-ci bənd Prezidentin səlahiyyətlərində “vətəndaşlıq məsələlərini həll edir” kimi əsas götürülür.

Layihədə qanunun 16-cı (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar) maddəsinin ikinci hissəsinin (“Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində”) ləğvi də nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən qanunun 18-ci (Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi) maddəsində qaydalara məhkəmə tərəfindən verilən qərarla itirilməsi qaydaları da əlavə edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.