» » » Xanımlar üçün işgüzar qəlyanaltı təşkil oundu

Xanımlar üçün işgüzar qəlyanaltı təşkil oundu

Xanımlar üçün işgüzar qəlyanaltı təşkil oundu

Analıq və nəticə etibarilə analıq məzuniyyəti qadını əsaslı surətdə dəyişir. Ana olduqdan sonra, siz artıq öz ixtiyar sahibiniz deyilsiniz. Lakin, hətta siz həyatınızı tamamilə öz övladınıza həsr edərək, onun tərbiyəsi ilə məşğul olsanız belə, bir gün mütləq işə çıxmaq qərarına gələcəksiniz.

Əgər əvvəllər siz evdar xanım idinizsə, indi artıq işləyən evdar xanımsınız. Həftə içi günləri siz işə, həftə sonunu isə ev işlərinə həsr edirsiniz. Özünün çoxsaylı vəzifələri arasında çırpınan qadın, çox zaman özünü təqsirkar hesab edir.

Evi və işi uğurla necə uyğunlaşdırmalı, necə həm ana/ həyat yoldaşı olmalı və eyni zamanda həm də işləməli, doğma insanlar və sevdiyin iş arasında tarazlığı necə qoruyub-saxlamalı, - “Active Mom’s Club” Analar cəmiyyətində keçirilən görüş bu və digər sualların cavablarına həsr edilib.

Ukraynadan olan biznes məşqçi Kseniya Borisovanın iştirakı ilə “İşləyən ana sindromu: tarazlığı necə qorumalı” mövzusunda keçirilən işgüzar qəlyanaltıda yerli şirkətlərdə müxtəlif vəzifələrdə çalışan 40 ana iştirak edib.

Qonaqların fikrincə, mövzu günümüzdə böyük aktuallığa malikdir. Analar öz təcrübələrini bölüşdülər, onları maraqlandıran suallara cavab axtardılar, faydalı məlumatlar aldılar. Bəzi anaların tədbir barədə fikirlərini sizə çatdırırıq. Bu mövzu üzrə daha ətraflı məlumatı isə mütəxəssisin blitz – müsahibəsini oxumaqla əldə edə bilərsiniz .

Biznes məşqçi Kseniya Borisova ilə blitz – müsahibə:

Xanımlar üçün işgüzar qəlyanaltı təşkil oundu

- Kseniya, analar üçün özünü tam reallaşdırma nə deməkdir?

- Özünü tam reallaşdırma o deməkdir ki, ananın həyat balansında təkcə iki sahə - ev və karyera deyil, həm də sağlamlıq, təhsil, şəxsi və mənəvi inkişaf da yer alır. Bunlar – hər bir qadının tamamilə özünə məxsus ola bilən bir sıra mühüm məqamlardır, lakin bu məqamlar onun üçün çox vacibdir. Qadın bu sahələrdən hər birində arzu etdiyi nəticəni əldə etdiyi zaman onda həyatın tam dəyərliliyi hissi baş qaldırır. 

- Qadın prioritetləri necə sıralamalıdır? 

- Prioritetləri düzgün qoymaq çox vacibdir: birinci yerdə həmişə qadın özü durmalıdır. Yalnız o özü enerji ilə tam dolu olduğu zaman digərləri ilə bu enerjini bölüşə bilər. İkinci yerdə - həyat yoldaşı, üçüncü yerdə - uşaqlar, dördüncü yerdə - valideynlər və bütün digər qohumlar olmalıdır.

Çox zaman ailələrdə fərqli mənzərə müşahidə olunur, prioritetlərin ardıcıllığı heç də qadının xeyrinə olmayacaq şəkildə dəyişir: uşaqlar, həyat yoldaşı, valideynlər, özünə isə qadın sonuncu yeri ayırır.

Bu, orqanizmin taqətdən düşməsinə gətirib çıxara bilər, qadın enerji itirir, fiziki və ya emosional baxımdan enerji ilə bölüşmək iqtidarında olmur. Qadının başlıca təyinatı – enerji toplamaq və daha sonra dünyanı kişinin əlləri ilə daha da yaxşı etməkdir.

- İşləyən analarda günahkarlıq hissinin yaranmasına səbəb nədir? 

- Tərəqqi prosesləri ilə yanaşı, qadınların üzərinə böyük məsuliyyət, sonsuz təqsirkarlıq hissi də düşmüşdür, görəsən, düzgün seçim etmişəmmi? Ev və ya iş. Konservativ fikirli insanların əksəriyyəti hesab edir ki, qadın ailə ocağının qoruyucusu olmalı, uşaqların tərbiyəsi ilə məşğul olmalı və həyat yoldaşını yeni uğurlara ruhlandırmalıdır.

İnkişaf etməkdə olan dünyanı təmsil edən ikinci qisim insanlar isə qadınların əslində tarixi dəyişməyə qadir olduğunu, onların ailə çərçivəsindən daha çox, bu dünyaya töhfələr verə biləcəyini düşünür. Qadın da insandır, onun da göstərmək, danışmaq, aşkara çıxarmaq, yardım etmək, dəstək olmaq kimi tələbatları var.

- Ukrayna və Azərbaycanın işləyən anaları arasında oxşar və fərqli cəhətlər nələrdir?

- Azərbaycan cəmiyyəti daha konservativdir. Qadınların sosial fəallığının, onların cəmiyyətə inteqrasiyasının son 10-15 ildə başlandığını nəzərə alsaq, deyə bilərik ki, Ukraynanın qadınları bəzi məqamlarda onlardan irəlidədirlər.

Lakin Azərbaycan qadınlarının potensialını, habelə bu gün ölkədə mövcud olan imkanları diqqətə alaraq hesab edirəm ki, onlar bu fərqi aradan qaldıracaqlar. Onların çalışqanlığı, öyrənmək həvəsi, paylaşmaq arzusu bunun ən yaxın zamanlarda baş verəcəyindən xəbər verir.

Anaların rəyləri:

Səadət Bağırzadə, “Mən birinciyəm” Uşaq inkişaf mərkəzinin rəhbəri, iki uşaq anası, nənə:

Xanımlar üçün işgüzar qəlyanaltı təşkil oundu

“Düzünü desəm, görüş gözlədiyimdən daha yaxşı keçdi. Birincisi, şənbə səhəri bu qədər işgüzar qadının tədbirə gələcəyini düşünmürdüm, ikincisi – təxmin belə etmirdim ki, bu gənc qadınlar – analar ciddi şirkətlərdə ciddi vəzifələrdə çalışırlar, üçüncüsü isə onların əksəriyyətinin iki və daha artıq uşağı var.

Səhərin maraqlı olacağı məlum idi: yeni tanışlıqlar, xoş simalar və müsbət emosiyalar. Mən özüm də iki böyük uşaq anasıyam, nəvəmin 15 yaşı var, işləyirəm və yeni tanışlarımla bölüşəcəyim çox şey var idi. Treninqdə eşitdiklərimin çoxu mənim üçün yeni deyildi – bu vaxtadək mən bir çox seminarlarda, treninqlərdə, vebinarlarda canlı ya da onlayn iştirak etmişəm, lakin buna baxmayaraq, mən də özüm üçün bəzi yeni və maraqlı məqamlar götürdüm (cib dəftərçəmə yazdım).

Lakin mən daha çox gənclik enerjisi aldım. Bu analardan bəziləri yaşda mənim uşaqlarımdan da kiçikdirlər. Onların hamısı uşaqların tərbiyəsinə çox ciddi yanaşırlar və özünə arxayın, təhsilli və həyata uyğunlaşmış uşaqlar böyütmək istəyirlər. Bu isə sevindirməyə bilməz.”

Kəmalə Eynullayeva, İnsan qaynaqları üzrə baş mütəxəssis, iki uşaq anası:

Xanımlar üçün işgüzar qəlyanaltı təşkil oundu

“Mən iki ildən artıqdır ki, Analar cəmiyyətinin tədbirlərində iştirak edirəm. Hər dəfə özüm üçün faydalı və ibrətamiz şeylər öyrənir, yeni tanışlıqlar yaradır, həm yerli, həm də əcnəbi mütəxəssislərlə ünsiyyətdə oluram. “Active Mom’s Club” cəmiyyətinin növbəti tədbiri də böyük təəssürat yaratdı, özüm üçün xeyli düşündürücü informasiya əxz etdim. 

Mən hesab edirəm ki, Azərbaycan qadını müstəqil olmalı, həyatın sosial, iqtisadi və siyasi sahələrində fəal iştirak etməlidir. Mən zamanın nəbzini tutmağa, baş verən hadisələrdən məlumatlı olmağa çalışıram, işləyirəm. Bugünkü görüşdə bir çox analar öz timsallarında sübut etdilər ki, karyeranı ailə ilə uyğunlaşdırmaq, gözəl ana və həyat yoldaşı, habelə öz işinin peşəkarı olmaq mümkündür”.

Aygün Tağıyeva, müğənni, yaradıcı xadim, üç uşaq anası:

Xanımlar üçün işgüzar qəlyanaltı təşkil oundu
 
“Məni dəvət etdikləri üçün bu tədbirin təşkilatçılarına minnətdaram. Mövzu məni çox maraqlandırdı, iştirak etməyə çalışdım və tədbir ümidlərimi doğrultdu. Yaxşı olardı ki, bu kimi mütəxəssislərin iştirakı ilə bu cür mövzular daha çox müzakirə olunsun, onlar, fəaliyyət növündən asılı olmayaraqişləyən analara hava-su kimi zəruridir.

Biznes məşqçinin uşaqların tərbiyəsi sahəsində şəxsi təcrübəsi mənim çox xoşuma gəldi. Mən özüm üç oğul anasıyam, xasiyyətcə onların heç biri digərinə bənzəmir. Eşitdiklərimin çoxu mənim oğlanlarımla münasibətlərimdə öz əksini tapır.

Kiçik oğlum mənə çox bağlıdır, hər zaman yanında olmağımı istəyir: yanımda otur, mənimlə uzan, işə getmə və s. Böyük oğlum məndən yardım və dəstək gözləyir, onun üçün işlərində mənim iştirakım çox vacibdir.

Ortancıl oğlumu isə mən kiçik korrupsiyaçı adlandırıram – onun diqqətini ancaq hədiyyələrlə qazanmaq olar. Hər bir uşağa fərdi yanaşmaq lazımdır. Valideynlər qarşısında məqsəd qoyulur – öz uşağınınə ilə cəlb edəcəyini özü tapmalıdır”.

Qeyd edək ki, klubun fəaliyyəti və yaxın zamanlarda keçirilməsi planlaşdırılan tədbirlər barədə Cəmiyyətin feysbuk və instaqram sosial şəbəkələrindəki fərdi səhifələrində məlumat almaq olar:

https://www.facebook.com/ActiveMomsClub

https://www.instagram.com/activemomsclubbaku/

Həmçinin, yalnız analar üçün açıq olan qapalı qrupumuz:

https://www.facebook.com/groups/activemomsclub/

Arzu və təkliflərinizi elektron poçt ünvanımıza göndərə bilərsiniz: info@activemoms.club

ucarliyiq.biz