» » » Sumqayıtda kafedə yanğın: Zəhərlənənlər var

Sumqayıtda kafedə yanğın: Zəhərlənənlər var

Sumqayıtda kafedə yanğın: Zəhərlənənlər var

Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Ucarliyiq.biz-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.
 
Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


ucarliyiq.biz