» » » Azərbaycanlı alim: Yerin fırlanma sürətində dəyişiklik olacaq

Azərbaycanlı alim: Yerin fırlanma sürətində dəyişiklik olacaq

Azərbaycanlı alim: Yerin fırlanma sürətində dəyişiklik olacaq

“Günlər getdikcə uzanacaq”.

Ay hər il Yerdən 3 sm uzaqlaşır. Bir neçə milyon ildən sonra planetimizin fırlanma sürətində dəyişiklik olacaq və günlər getdikcə uzanacaq. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə Report-a açıqlamasında AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi bildirib.

Alim deyib ki, Ay hər zaman tədqiqat mərkəzindədir: 

“Yerin peyki strateji məntəqədir və zəngin enerji mənbəyinə malikdir. Ayda torpağın altında suyun olması orada həyatın olmasına dəlalət edə bilməz. 

Ay strateji məntəqə kimi tədqiq edilir və onun təkamülü öyrənilir”.