» » » Banklar susur, faizlər isə qalxır – VIDEO

Banklar susur, faizlər isə qalxır – VIDEO

Banklar susur, faizlər isə qalxır – VIDEO

Krediti gecikdirən vətəndaşı məhkəməyə verən əksər banklar, indi susqunluq nümayiş etdirirlər

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəllər gecikmə müddəti 3 ayı keçən kimi vətəndaşı məhkəməyə verən əksər banklar, indi susqunluq nümayiş etdirirlər.

Qanun, banklara kreditini gecikdirən, ya da ödəməyənlərə 3 illik iddia müddəti tanıyır. Ancaq əksər banklar bu vaxta qədər müqavilə şərtlərini əsas gətirərək bunu 3 ay sonra edirdilər. İndi isə adı problemli kreditlər siyahısına düşənlərə bank tərəfindən bir neçə dəfə zəng edilsə də məhkəməyə verilmir. Hətta 8-aydan çoxdur aylıq ödənişıni etməyənlər məhkəməyə verilmir.

Banklar devalivasiyadan sonra kredit götürənin ödəmə qabiliyyətinin aşağı düşdüyünü bildiyi halda faiz və cərimələrin yığılması üçün məhkəməyə müraciət etməzsə, bu zaman vətəndaş hərəkətə keçməlidir. Şəxsin özünün məhkəməyə müraciət etməsi onu faizlərin yığılmasından azad edə bilər. İşi artıq məhkəmədə olanlar daha diqqətli olmalıdırlar.

Anar Ramazanovun sözlərinə görə, sübutların toplanılması, iddia ərizəsinin yazılması və məhkəməm xərclərinin ödənilməsi baxımından da banklar gözləmə mövqeyi seçiblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

.

ucarliyiq.biz