» » » Cibi boşaldan gözəllik salonları - VİDEO

Cibi boşaldan gözəllik salonları - VİDEO

Cibi boşaldan gözəllik salonları - VİDEO

Qadınlar gözəllik naminə bu qiymətləri qəbul edirlər.

Gözəllik qurban tələb edir. Bunun üçün xüsusilə də qadınlar bəzən o ki, var xərc çəkməli olur.

ucarliyiq.biz-ın xəzər xəbər-ə istinadən məlumatına görə, gözəllik salonları da qadınların bu həssaslığını bildikləri üçün qiymətləri kifayət qədər yüksək qoyurlar.

Nəticədə gözəllik salonlarında xərclənən vəsait ailə büdcəsinə xeyli ziyan vurur.

Toydan əvvəl gözəllik salonlarına müraciət edən xanım orta hesabla 30-50 manat arası pul xərcləməli olur. Geyim və toya salınmalı pulu da nəzərə alsaq bu məbləğ artır.

Qadın məclisin səbəbkarı olduqda isə qiymətlər daha da yüksəlir. Gəlin saç makiyajı salonlarda ən azı 150-200 manata icra olunur. Əslində eyni ləvazimatlardan və əl əməyindən istifadə olunur. Bəs görəsən buna rəğmən gəlindən niyə belə çox məbləğ tələb olunur?

Qadınlar gözəllik naminə bu qiymətləri qəbul etsələr də, əslində problemin sosial-psixoloji əsası var.