» » » Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

“Nə qədər çox öyrənirsənsə, nə qədər az bildiyini anlayırsan” .

ucarliyiq.biz Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cəlil Səfərovun həyat yoldaşı, Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin mühasibi, ehtiyatda olan polkovnik-leytenant Yelena Səfərova ilə müsahibəni təqdim edir. 

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

- Ərinizin Azərbaycanın Milli Qəhrəmanı olması bizə məlumdur, onun haqqında danışardınız.

 - Biz Bakıya 1992-ci ildə gəlmişik. Mənim ərim Cəlil Səfərov hərbçi idi, Qazaxıstanda xidmət edirdi, Qarabağda hərbi əməliyyatlar başladıqda zabitlərə kəskin tələbat meydana gəldi. Bizi Marneulidə valideynlərinin yanında qoydu, özü isə Bakıya yola düşdü. Ona nazirlikdə operativ idarə şöbəsinin baş zabiti vəzifəsini təklif etdilər. 1992-ci ilin may ayının 1-də xidmətə başladı.  

O, Şuşaya inspeksiya ezamiyyətinə getmək istəyini bildirdi. Mayın 8-də Şuşa işğal edildi. Cəlil Bakıya qayıtmadı, o polkovnik-leytenant Elbrus Orucovun komandanlıq etdiyi batalyon ilə hərbi əməliyyatlar zonasında qaldı. Turşsu-Zarıslı yolunda hərbi əməliyyat zamanı atəşə tutuldular. O, bu döyüşdə may ayının 15-də həlak oldu. 

- Siz gənc idiniz, yəqin ki, sizə çətin idi. Niyə valideynlərinizin yanına qayıtmadınız?

- Biz onun cəsədini (boş tabutu basdırdıq), onun həlak olmasının şahidi olan döyüş yoldaşlarını görməmişdik, ona görə də onun sağ qalmasına, əsir düşməsinə ümid var idi. Biz onun haqqında istənilən informasiyanı axtarırdıq, itkin düşənlərin axtarışı ilə məşğul olan idarələri gəzirdik. Yalnız 15 ildən sonra təsadüfən Cəlilin necə öldüyünü öyrəndik. 

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

Cəlilin qardaşı Zaur həkimdir. Onun evdə müalicə alan xəstəsi var. Ona sistem qoymaq lazım idi, bu isə uzun sürən prosesdir. Söhbət zamanı Zaur qardaşının Qarabağda həlak olduğunu danışıb. Qadın isə oğlunun da Qarabağda xidmət etdiyini və tez-tez Cəlil adlı zabitdən danışdığını bildirib. Məlum oldu ki, o da Cəlilin həlak olduğu əməliyyatda iştirak edib və onun necə həlak olduğunu görüb. 

Ərimin ölümündən sonra qərar qəbul etməli idim, Bakıda qalmaq qərarı mənə asan başa gəlmədi. Başa düşürsüz, o zaman bura mənim üçün tamamən yad bir şəhər, yad bir ölkə idi. Və mən tək başına iki uşaqla bundan sonra yaşamalı idim. 

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

Mən bunu iki səbəbə görə etdim: birincisi ərimin valideynləri oğullarını itirmişdilər, əgər mən də nəvələrini aparsaydım, bu, onlar üçün daha bir zərbə olardı, ikincisi, mən təkbaşına iki övlad böyütməli idim. Azərbaycanda isə uşaq böyütmək daha rahatdır, burada ənənələrə hörmət edirlər, böyüklərə rəğbətlə yanaşırlar, insanlar qonaqpərvərdirlər, şəhərin küçələrində sakitlikdir. Və demək istərdim ki, sonradan mən burada qaldığım üçün heç bir zaman peşman olmadım. Bakı mənim üçün doğma şəhər oldu. Daha doğrusu burada yaşayan və məni əhatə edən insanlar mənə yaxın və doğma insanlara çevrildilər. 

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- Atam hərbi təyyarəçi idi, biz Saratov vilayətinin Engels şəhərinin qarnizonunda yaşayırdıq. Cəlil Orconikidzedə (indiki Vladiqafqaz) zenit-raket hərbi məktəbində oxuyurdu. Üçüncü kursun sonunda Cəlil icazəsiz Bakıya, bacısının toyuna gedir. Buna görə onu məktəbdən çıxarırlar, onun atası Moskvaya gedir və generalın qəbuluna düşməyə nail olur. Onun məktəbdən çıxarılaraq, eyni profil üzrə digər məktəbə keçirilməsinə nail olur. Beləcə təhsil aldığı son ildə Cəlil Engels hərbi zenit-raket komandanlar məktəbinə gəlir.  

Bizim dövrümüzdə diskotekalar, klublar yox idi, gənclər vaxtını rəqs meydançalarında keçirərək əylənirdilər. Biz orada tanış olmuşuq. O, məni rəqsə dəvət etdi.

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

- Siz niyə məhz onu seçdiniz? Və nəyə görə onunla Qazaxıstana getdiniz?

- Bilirsiz, o elə gözəl qulluq edirdi ki!  O, ağıllı, savadlı idi, onunla maraqlı idi. Digərlərinin fonunda çox fərqlənirdi. Həm də o, çox məqsədyönlü idi, hərbi karyera qurmağa can atırdı. Ağır şəraitə - həm iqlim, həm də məişət çətinliklərinə görə həvəssiz gedilən yerlərdə xidməti irəliləyiş daha rahatdır. Təyinat zamanı Orta Asiya hərbi dairəni özü seçdi. Mən isə onunla getdim. 

- Bakıya niyə köçdünüz? Harda işə düzəldiniz?

- Bütün faciəvi hadisələrdən sonra həyata bir düzən vermək lazım idi. Cəlilin atası əməliyyat idarəsinin rəisinə ailəmizə yardım etməsi üçün müraciət etdi, və məni Müdafiə Nazirliyinin idarələrinin birində işə götürdülər, mənzil verdilər, altı aydan sonra isə hərbi xidmətə çağırılmaq imkanı yarandı.  

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

- Hərbi xidmət necə idi? Axı bu kişi peşəsidir.

- Mən həmişə özümə qarşı müdiriyyətdən səmimi və loyal münasibət görmüşəm. İxtisasım üzrə çalışırdım, bu çətin deyildi, mənim xoşuma gəlirdi. Məndən peşəkarlıq və xidməti öhdəçiliklərin yerinə yetirilməsi tələb olunurdu, amma etiraf edim ki, hərbi intizama gəldikdə mənə güzəştlər edilirdi, mən növbətçi qalmırdım, sıraya çıxmırdım. 

- Bəs işləməyi və uşaqların tərbiyəsi ilə məşğul olmağı necə uzlaşdırırdınız? 

- Mən bir çox qadınlar kimi iki növbədə işləyirdim. Düşünmürəm ki, qeyri-adi nə isə edirdim, doğrudur, uşaqlar ilə daha çox vaxt keçirmədiyimə təəssüflənirəm, nəticədə onlar müstəqil böyüdülər. 

- Uşaqlarınız necə oxuyurdular? İndi nə ilə məşğuldurlar?

- Oğlum 20 nömrəli məktəbdə oxuyurdu. Mən ona bir neçə dəfə evdən məktəbə qədər olan yolu göstərdim, daha sonra özü tək getməyə başladı. Məktəbi bitirdikdən sonra Neft Akademiyasına daxil oldu. İndi mebel biznesi ilə məşğul olur.

Qızım 160 saylı məktəbi, daha sonra Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, indi tədbirlərin təşkili sahəsində çalışır. 

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

- Əgər imkanınız olsaydı, hansı qeyri-hərbi peşəni seçərdiniz? Və niyə? 

- İxtisasım seçilmişdi. Mən əgər yoqa olmasaydı, indi harda olacağımı düşünürəm.

- Siz artıq bir ildir ki, təqaüdə çıxmısınız, yoqa ilə Silahlı Qüvvələrdən çıxdıqdan sonra məşğul olmusunuz?

- Mən ilk dəfə yoqa haqqında Bakıda 1998-ci ildə eşitmişəm. Həyat yoldaşım vəfat edəndən sonra uzun müddət depressiyanın öhdəsindən gələ bilmirdim, amma dərslərə getməyə başladıqdan sonra özümdə dəyişiklik hiss etdim. Mən təzə idim, ona görə də bunun niyə baş verdiyini anlamırdım, mən uzun çəkən depressiyadan sonra hüzurlu xoşbəxtlik hiss edirdim. Beləliklə, mütəmadi olaraq məşğul olmağa başladım, daha sonra təlimçi treninqi keçdim və dərslər verməyə başladım. İndi vaxtımın çox hissəsini yoqaya həsr edirəm, özüm öyrənirəm və öyrədirəm. 

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

- Siz həm işləməyi, həm uşaqları böyütməyi, təsərrüfat aparmağı və yoqa ilə məşğul olmağı necə çatdırırdınız?

- Əgər həqiqətən nə iləsə maraqlanırsansa, sevdiyin iş ilə məşğul olmaq üçün hər zaman vaxt tapa bilərsən. Əlbəttə, öncə müəyyən intizam tələb olunur – səhərlər tezdən oyanmağa alışmaq lazımdır ki, işə gedənə qədər tapşırıqları yerinə yetirəsən. Amma zamanla anlayırsan ki, daha az yatmağına baxmayaraq özünü daha gümrah hiss edirsən, özündə enerji, qüvvənin artdığını, daha az yorulduğunu və daha çox işi çatdırdığını görürsən. Əhval-ruhiyyə əladır, əgər xoşagəlməz hadisələr, qanqaraçılıqlar baş verirsə də bu səni əvvəlki kimi qorxutmur. Bunların öhdəsindən gələ biləcəyinə dair inam yaranır. 

Məhz emosional sabitlik vəziyyəti, daxili sakitlik, entuziazm və əlbəttə ki, sağlamlıq mənə özüm üçün düzgün məşğuliyyət seçdiyimə əminlik verir. Yoqada ilk addımlarımı atdığım bizim “Art of Living” və ya “Həyat sənəti” təşkilatıdır. Bu, beynəlxalq təşkilatdır, onun BMT nəzdində konsultativ statusu mövcuddur.   

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO

Yeni başlayanlar ilə kursa başlayanda, onların hamısı öz problemləri ilə gəlir. Onların öz gözləntiləri var – insanların məqsədləri fərqlidir. Və heç nəyi şişirtmədən deyə bilərəm ki, insanlar kursdan gözlədiklərini alırlar, bu, onların üzlərindəki ifadədən məlumdur. Yeri gəlmişkən, kurs beş dərs davam edir, və artıq onlar ilk günkündən fərqli olurlar. Onlar daha açıq, sakit və xoşbəxt olurlar. İnanın ki, bu dəyişiklikləri görmək ruhlandırır.  

İndi artıq xidmət etmədiyim, uşaqların müstəqil olduğu zamanda mən özümə xaricə getməyə, oxumağa davam etməyə icazə verə bilirəm. Axı nə qədər çox öyrənirsənsə, nə qədər az bildiyini anlayırsan.

Polkovnik-leytenant Yelena Səfərova: Cəlil bu döyüşdə həlak oldu - FOTO