» » » Bakıda yol nişanları və işıqforların görünməsi asanlaşacaq

Bakıda yol nişanları və işıqforların görünməsi asanlaşacaq

Bakıda yol nişanları və işıqforların görünməsi asanlaşacaq

Əngəl yaradan maneələr aradan qaldırılır.

Bakıda sürücülərin yol nişanlarını, işıqforları görməsi, eləcə də yollardakı müşahidə kameralarının ətrafı izləməsi asanlaşacaq. Belə ki, artıq yol nişanları və işıqforların görünməsinə, həmçinin müşahidə kameralarının işinə əngəl yaradan maneələr aradan qaldırılır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, bu məqsədlə paytaxtda yol kənarlarında yüzlərlə ağacın budanması işləri aparılıb: 

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsi əməkdaşlarının paytaxt ərazisində keçirdiyi reydlər zamanı bəzi yerlərdə ağacların budaqlarının yol nişanlarının, işıqforların görünməsinə, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyinə mane olduğu aşkar edilib. 

Bununla əlaqədar İdarənin rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Müraciətdən sonra nazirliyin Dövlət Ekspertiza İdarəsi müvafiq rəy verib. 

Həmin rəyin əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri ilə birgə tədbirləri nəticəsində şəhərdə yüzlərlə ağac budanıb. Bununla da yol kənarlarında yol nişanlarının və işıqforların rahat görünməsi, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyi təmin edilib. Artıq işlər sona çatmaq üzrədir”.