» » » Orduda intihar hadisələri 55% azalıb

Orduda intihar hadisələri 55% azalıb

Orduda intihar hadisələri 55% azalıb

Hərbi prokuror açıqlama verdi.

2003-cü illə müqayisədə 2015-ci ildə adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55%, digər səbəblərdən ölümlər isə 10% azalıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı ilə bağlı “Xalq” qəzetində dərc olunan məqaləsində qeyd olunub.

X. Vəliyev məqaləsində bildirib ki, orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb. 

2003-cü illə müqayisədə 2015-ci ildə qəsdən adam öldürmə 2,2 dəfə, ehtiyatsızlıqdan olan ölüm hadisələri 6 dəfə, xəstəliklə əlaqədar ölümlər 2 dəfə, intihar hadisələri 55%, digər səbəblərdən ölümlər isə 10% azalıb.

2003-cü illə müqayisədə 2015-ci ildə ölümlərin sayı 2 dəfə azalıb, cari ildə zəhərlənmə və donvurma nəticəsində ölüm hadisələri ümumiyyətlə qeydə alınmayıb.