» » » Bakıda Mezkal Festivalı keçirilir

Bakıda Mezkal Festivalı keçirilir

Bakıda Mezkal Festivalı keçirilir

Meksika Səfirliyi Azərbaycanda Meksika mədəniyyətinin təşviqinə dair tədbirləri keçirməkdə davam edir. 

Ucarliyiq.biz xəbər verir ki, bu tədbirlərdən biri ilk dəfə Bakıda 2015-ci ilin oktyabr-noyabr aylarında baş tutmuş Mezkal Festivalı idi. 

Həmin festivalın qeyd olunması ənənəvi Meksika içkisi olan  mezkalı, onun istehsal mərhələlərini və milli iqtisadiyyatda hazırkı rolunu tanımaq üçün insanları bir araya toplayan bir mədəni ənənəyə çevrilmişdir.

100-dən çox marka adı altında istehsal olunan mezkal içkisi Meksikada və dünyada öz layiqli yerini almışdır, buna sübüt isə ixrac həcmlərinin hər il 40% artmasıdır. 15,000 istehsalçı və 29,000 işçini əhatə edən bu sənayə vasitəsilə illik istehsal olunan iki milyon litrdən bir milyon litr mezkal içkisi Meksika tərəfindən ixrac olunaraq, əsasən Birləşmiş Ştatlar, Çili, İspaniya, Birləşmiş Krallıq və Almaniyaya göndərilir. 

Mezkal içkisinin Bakıda təqdim olunması üçün Meksikadan, xüsusi olaraq, Mezkal Mədəniyyəti Birliyinin sədri cənab Serxio İnurriqarro ölkəyə təşrif buyurmuşdur.

Sözügedən Festival 31 oktyabr – 5 noyabr 2016 il tarixlərində Bakı şəhərində baş tutacaqdır.

.
ucarliyiq.biz