» » » Cəlilabadda gənc qadın doğuş zamanı öldü

Cəlilabadda gənc qadın doğuş zamanı öldü

Cəlilabadda gənc qadın doğuş zamanı öldü

Faktla bağlı araşdırma aparılır.

Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında gənc qadın doğuş zamanı ölüb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, rayonun Alar kənd sakini, 20 yaşlı Xoşbəxt Fikrət qızı Həsənova ötən gün axşam saatlarında xəstəxananın doğum şöbəsinə qəbul olunub.

Doğuş zamanı körpə qeysəriyyə əməliyyatı yolu ilə ana bətnindən götürülüb. Əməliyyatdan 4 saat sonra gənc qadın ölüb. Yeni dünyaya gələn qızın vəziyyəti isə normaldır.

İlkin versiya kimi, ananın böyrəklərində problem olması bildirilir. Faktla bağlı araşdırma aparılır.