» » » Azərbaycanda intihar həyacanı

Azərbaycanda intihar həyacanı

Azərbaycanda intihar həyacanı

“Araşdırmalardan sonra aidiyyatı qurumlara təkliflərimizi veririk”

Təəssüflər olsun ki, bu gün Azərbaycanda intihar hadisələrində artım müşahidə olunur”.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, baş verən hər bir intihar hadisələri ilə bağlı cinayət işi başlanır və hansı rayonda baş veribsə, həmin rayonun prokurorluq əməkdaşları dərhal hadisə yerinə çıxırlar: “İstintaq çərçivəsində biz baş verən intihar hadisəsinin səbəblərini ciddi şəkildə araşdırırıq. Bu intiharlar müxtəlif səbəblərdən baş verir. Bir çox hallarda intihar edən şəxslərin psixi xəstəliklərdən əziyyət çəkdikləri üzə çıxır. Araşdırmalar zamanı məlum olur ki, onlar xəstə kimi vaxtında qeydiyyata alınmayıblar.
 
Bəzi hallarda isə intihar edən vətəndaşların ailələrində problemin mövcud olduğu məlum olur. Araşdırmalarımız ümumiləşdirilir və aidiyyatı qurumlara bu barədə öz təkliflərimizi veririk”.