» » » Millət vəkilindən etiraz: Heç kim onu müdafiə etməyəcək

Millət vəkilindən etiraz: Heç kim onu müdafiə etməyəcək

Millət vəkilindən etiraz: Heç kim onu müdafiə etməyəcək

“Mən son 4-5 ildə yayımlanan teleseriallarda senzuradankənar çox sözlər eşitmişəm. Bunu təqdir edə bilmərəm. Kimsə deyirsə ki, televiziya necədirsə, cəmiyyət onun güzgüsüdür, bu, doğru deyil”.

Ucarliyiq.biz Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu millət vəkili Gövhər Baxşəliyeva Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deyib. Onun sözlərinə görə, televiziya seriallarında, filmlərində cəmiyyət olduğundan bir-iki pillə irəli getməlidir:

“Televiziya, ilk növbədə, maarifləndirici, tərbiyəvi funksiya daşımalıdır. Ona görə də hesab edirəm ki, senzuradankənar sözlərə qətiyyən yer vermək olmaz.

Mən bu gün seriallara baxanda çox təəssüf edirəm. Deyirəm ki, mənim xalqımın mədəniyyət səviyyəsi budurmu? Bu filmləri çəkən insanlar, ilk növbədə, özləri yüksək mənəvi keyfiyyətlərə, mədəniyyətə malik olmalıdırlar”.

Millət vəkili, eyni zamanda Şah İsmayıl Xətai haqqında film çəkilməsinin vacibliyi məsələsinə də toxunub. O bildirib ki, bu günə kimi çəkilən filmlərdən birinin tarixi janrda olmasını gözləyib:

“Bu gün Şah İsmayıl haqqında kino çəkməyə çox böyük ehtiyac var. Çünki o, Azərbaycan tarixində müstəsna rol oynamış şəxsiyyətdir. Amma qonşu ölkələrdə onun rolu kiçildilir. Ona təfriqəçi, ana qatili deyilir. Bu, tamamilə, yolverilməzdir. Əgər biz Azərbaycan ziyalıları olaraq onu müdafiə etməsək, başqa heç kim onu müdafiə etməyəcək”.

A.S.
ucarliyiq.biz