» » » NASA “təcrübəçisi” Kənan Əhmədli dərsə getmir, amma ADU-nun tələbəsidir

NASA “təcrübəçisi” Kənan Əhmədli dərsə getmir, amma ADU-nun tələbəsidir

NASA “təcrübəçisi” Kənan Əhmədli dərsə getmir, amma ADU-nun tələbəsidir

“NASA-ya təcrübəçi kimi qəbul olunduğunu iddia edərək KİV-lərə müsahibə verən gənc təhsil aldığı Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi olaraq qalır”.

Ucarliyiq.biz xəbər verir ki, Kənan Əhmədli barəsində Report-un sorğusuna cavab olaraq universitetin informasiya departamentindən məlumat verilib.

Bildirilib ki, ADU-nun “Regionşünaslıq və Beynəlxalq Münasibətlər” fakültəsinin 3-cü kursunda təhsil alan Kənan Əhmədli hazırda universitetin tələbəsidir:

“Kənan Əhmədlinin davamiyyətinə müvafiq qaydada nəzarət olunur”.

Qeyd edək ki, Kənan Əhmədli bu il oktyabrın 21-də Azvision.az saytına müsahibəsində bu tədris ili başlayandan oxuduğu Azərbaycan Dillər Universitetinə getmədiyini bildirib. O qeyd edib ki, 3-cü kursa qədər universitetə gedib:

“3-cü kursa qədər universitetə getmişəm. İndi isə yalnız rəsmi olaraq adım tələbələrin siyahısında var. Universitetə getmirəm, çünki mən öz beynimdə daha yaxşı universitet yaratmışam. Bəlkə də həmin universitet mənə istədiyimi öyrətmədiyinə görə belə bir addım atdım. İxtisasım isə beynəlxalq münasibətlərdir. Bu ixtisasın mənə heç bir aiddiyəti yoxdur”.

A.S.
ucarliyiq.biz