» » » Lerikin kəndlərinin yolu bağlandı

Lerikin kəndlərinin yolu bağlandı

Lerikin kəndlərinin yolu bağlandı

Sürüşmələrlə əlaqədar Lerik və Yardımlı rayonlarında, əsasən dağlıq kəndlərinə gedən yolların çoxu bağlanıb.

Ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisinə şimal və şimal-qərbdən daxil olan rütubətli hava kütlələri son günlər ərzində ölkə ərazisindəki sürüşmə sahələrinin çox aktivləşməsinə səbəb olub.

Azərbaycanın cənub bölgəsində Lerik-Lənkəran-Astara yolunda da sürüşmənin fəallaşdığını bildirən S.Tarixəzəri qeyd edib ki, əvvəllər Cəlilabad rayonunda böyük miqyaslı sürüşmələr baş verməsə də, artıq bu rayonda da sürüşmələr aktivləşib:

“Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində sürüşmə-çökmə baş verib. Bütün bunlar onu göstərir ki, sürüşmələrin miqyası getdikcə genişlənir”.

.
ucarliyiq.biz